Avropanın ən böyük ordusuna sahib ölkə… - Şolts

31 May 2022 18:22

Tezliklə NATO ölkələri arasında Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq. Bu isə Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini daha da gücləndirəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

Kansler Almaniyanın Ukraynaya hərbi dəstəyinin olmadığına görə Berlinə ünvanlanan tənqidləri başa düşmədiyini də bildirib:

"Biz Ukraynaya silah vermişik və daha çoxunu tədarük edəcəyik. Hazırda sifariş olunan ağır silahlar hazırlanır".

Milli.Az