Dünya

Lavrov: "Biz heç kəsi qovmamışıq"

30 May 2022 07:50
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbin başlatdığı anti-Rusiya sanksiyaları çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın "TF1" telekanalına müsahibəsində deyib.

"Siz dediniz ki, diplomatlar hər iki tərəfdən qovulur. Biz heç kəsi qovmamışıq. İsteriyaya bənzəyən bu sanksiyalar Qərbin təşəbbüsüdür. Onların tətbiq olunma sürəti və həcmi göstərir ki, bu bir gecədə hazırlanmayıb. Onlar çoxdan planlanıb. Çətin ki, bu sanksiyalar aradan qaldırılsın", - deyə Lavrov bildirib.

Rusiyalı nazir deyib ki, sanksiyalar başa çatsa belə o bir müddət qüvvədə qalacaq. Onun sözlərinə görə belə bir açıqlama ABŞ-ın müttəfiqləri tərəfindən verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.