Bu gün səhər saat 05:13-də Rusiya Zaporojyeyə dörd qanadlı raket atıb.
Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Zaporojye rayon polis idarəsindən məlumat verilib. Onlar qeyd ediblər ki, raketlərdən biri Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulub.
Zaporojye şəhər administrasiyası qeyd edib ki, bütün məlumat daha sonra dəqiqləşdiriləcək.
Aslan Məmmədov
Milli.Az