Dünya

"Sənə heç kim baxmaz" deyə hədə-qorxu gələrək... - VİDEO

18 May 2022 18:00
1 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mersində yaşayan 56 yaşlı kişi öz qızına 4 il ərzində cinsi təcavüz etdiyi iddiası ilə həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmə prosesində öz qızı ilə münasibətdə olduğunu etiraf edib.

"Məcburən olmadı. Onun da razılığı var idi", - deyə özünü müdafiə etməyə çalışan müttəhim yerli məhkəmə tərəfindən cinsi təcavüzə görə 30 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təqsirləndirilən şəxsin vəkillərinin etirazı nəticəsində Ali Məhkəmə qərarı ləğv edərək təqsirləndirilən şəxsi azadlığa buraxıb.

Məhkəmə sənədlərinə əsasən, təqsirləndirilən şəxs 2014-2019-cu illər arasında zor və hədə-qorxu ilə qızına bir neçə dəfə cinsi təcavüz edib və bu məcburi münasibətlər nəticəsində zərərçəkmiş qadın 2015-ci ildə atasndan uşaq dünyaya gətirib. Zərərçəkmiş qadın ilk cinsi təcavüzün 2014-cü ildə atası ilə getdiyi bağ evində baş verdiyini, atasının daha sonra "Sənə heç kim baxmaz" deyə hədə-qorxu gələrək və fiziki təzyiq göstərərək cinsi təcavüzə davam etdiyini bildirib və anasına, bacı-qardaşlarına zərər verəcəyindən qorxduğu üçün bu barədə heç kimə demədiyini əlavə edib.

Müttəhim sözügedən ittihamları rədd edərək sübut kimi qızı ilə çəkilmiş fotosunu məhkəməyə təqdim edib. O, bu fotoşəkilin onun xeyrinə şərh edilməsini istəyib. Lakin Mersin 1-ci Ağır Cəza Məhkəməsi bu tələbi rədd edib və barəsində həbs qəti-imkan tədbiri qəbul edib.  Adana Regional Apellyasiya Məhkəməsində müttəhimin vəkili qərara etiraz etsə də, rayon məhkəməsi etirazı mahiyyəti üzrə rədd edib.

Bundan sonra iş materialları Ali Məhkəməyə göndərilib. Ali Apellyasiya Məhkəməsinin 9-cu Cəza Kollegiyası isə "Qızımla razılıq əsasında cinsi əlaqədə olduq" ifadəsinə və bunun təsdiqi kimi təqdim edilən fotoşəkillərə əsaslanaraq təqsirləndirilən kişini azadlığa buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.