Dünya

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

15 May 2022 15:52
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azovstal" müdafiəçilərinin yaxınları Çini Ukrayna hərbçilərinin Mariupoldan çıxarılmasına kömək etməyə çağırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, döyüşçülərin yaxınları mayın 14-də keçirdikləri mətbuat konfransında bununla bağlı bəyanat səsləndiriblər.

"Biz Çindən xahiş edirik ki, bu müharibəyə müdaxilə etsin və bu müharibədə sülhməramlı qismində çıxış etsin, bizim Mariupoldakı, "Azovstal"dan olan əsgərlərimizin xilaskarına çevrilsin. Zaman keçir, günlər, dəqiqələr, saniyələr keçir. Əsgərlərimiz artıq cəhənnəmi görüblər, onlara günəşi görmək imkanı verin" - deyə Mariupol müdafiəçilərinin yaxınları ümumi bəyanatda istəklərini səsləndiriblər.

Müdafiəçilərin qohumları "Çinin əzabların tarixini, müstəqilliyin dəyərini və iki dünyagörüşü arasındakı mübarizənin nə olduğunu bildiyini" xatırladıb və Çinin "kənarda durmayacağına və susmayacağına" ümid etdiyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.