Ukraynanın Mariupol şəhərinin "Azovstal" zavodu ərazisində hələ də mülki şəxslər var.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhər merinin köməkçisi Petro Andruşçenko deyib.
"Hərbçilərdən əlavə "Azovstal" sığınacaqlarında ən azı 100 mülki şəxs qalır. Lakin bu, işğalçıların hücumlarının sıxlığını azaltmır", - şəhər merinin köməkçisi qeyd edib.
Milli.Az