Azərbaycanda ilk dəfə olaraq "Sənətin Sərhədi Yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı keçiriləcək. Festivalın rəsmi açılışı 14 oktyabr tarixində Xətai Sənət Mərkəzində baş tutacaq.
Festivalın məqsədi incəsənətin şəfalı gücünü nümayiş etdirmək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclərin yaradıcı potensialını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sənətə olan marağı artırmaqdır.
Nəzərinizə çatdıraq ki, festival çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və böyük rəssamlar üçün silsilə ustad dərsləri, plenerlər təşkil olunmuşdur və bu tədbilərdən seçilmiş 30 müəllifin əsəri festivalın açılışında təqdim olunacaq. Festival çərçivəsində Azərbaycanla yanaşı 11 ölkədən - İspaniya, Slovakiya, İran, Pakistan, Türkiyə, Ukrayna, Banqladeş, Rusiya, Kanada, Hindistandan umumilikdə 18 ustad rəssam xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir araya gələcək, əsərlərini sərgiləyəcək, həmçinin, performans göstərəcəklər.
Festival iştirakçısına beynəlxalq sertifikat və dəstəkçilərdən hədiyyə təqdim olunacaq.
Rəssamlar və əsərlər haqqında rəqəmsal kataloq hazırlanacaq.
Festivalın gündəliyi:
14 oktyabr: Xətai Sənət Mərkəzi
Açılış mərasimi, xüsusi qayğıya ehtiyacı olan müəlliflərin və qonaq rəssamların sərgisi , demo performanslar
15 oktyabr: Qobustan
Azərbaycanın zəngin mədəni irsi ilə tanışlıq və ekskursiya
16 oktyabr: Azərbaycan Rəssamlar İttifaqı
Azərbaycan və beynəlxalq rəssamların birgə sərgisi və festivalın bağlanışı
Festivalın çağırışı:
Dünya rənglərlə gözəldir!
Gəlin, sənətin gücü ilə fərqli dünyalarımızı birləşdirək!
"Sənətin Sərhədi Yoxdur" vasitəsilə ruhumuzu ifadə edək, birlikdə yaradaq və paylaşaq!
Festivalın Təşkilatçısı
• IWS Art for Healing (Beynəlxalq Akvarel Cəmiyyəti nəzdində fəaliyyət göstərir)
Sponsorlar
Paşa Holding
Xətai Sənət Mərkəzi
Mehriban Alışova (Rəssam)
Təşkilati Dəstəkçiləri
• IWS Azerbaijan
• IWS Khatai Art Center
• IWS Xətai Uşaq Sənəti Qalereyası
• IWS Ecaz Art
• IWS Azerbaijan Kids Art
• IWS Sumgait Art Center
• IWS Culture & Art Akcakoca
• Rəssamlıq Sənətinin İnkişafına Dəstək İctimai Birliyi
• Azərbaycan Rəssamlar İttifaqı
• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
• Azərbaycan Televiziyası və Radio verilişləri QSC-i
• Xətai rayonu İcraHakimiyyəti
• Xətai Sənət Mərkəzi
Kuratorlar:
Elminaz Qəhrəmanova
Səbinə İskəndər
Koordinatorlar:
Rahim İbrahimov
Yaşar Birinci
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az