Amerika

Tramp önəmli tarixi açıqladı

9 Oktyabr 2025 17:22
Baxış: 515
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Fələstin HƏMAS-ının girov saxladığı israillilərin oktyabrın 13-də sərbəst buraxılacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, hazırda girovların azad olunması üçün intensiv danışıqlar gedir və azad edilənlər bazar ertəsi evlərinə qayıdacaqlar. Həlak olanların cəsədlərinin də təhvil veriləcəyi vurğulanıb.

ABŞ lideri həmçinin öz "Truth Social" hesabında İsrail ilə HƏMAS arasında sülh planının birinci mərhələsində razılığın əldə edildiyini təsdiqləyib. O, girovların yaxın vaxtlarda ailələrinə qovuşacağını və İsrail qüvvələrinin razılaşdırılmış xəttə geri çəkiləcəyini əlavə edib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.