Rusiya-Ukrayna müharibəsi nəticəsində təxminən 200 min insanın itkin düşdüyü bildirilir. Bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmytro Lubinets Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
Milli.Az xəbər verir ki, o, qeyd edib ki, müharibə başa çatdıqdan sonra itkinlərin dəqiq sayı bəlli olacaq. Komissarın sözlərinə görə, bu insanların taleyinə aydınlıq gətirmək üçün beynəlxalq əməkdaşlığa ciddi ehtiyac var.
Lubinets, Ukrayna ilə yanaşı Azərbaycan və digər ölkələrin iştirakı ilə birgə işçi qrupun yaradılmasını təklif edib. O, Azərbaycanın bu sahədəki təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb və əlavə edib:
"İtkin düşənlər unudulmamalıdır. Bu problem əsasən müharibə, miqrasiya və təbii fəlakətlər zamanı ortaya çıxır. Onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlıq vacibdir, çünki bu, sərhəd tanımayan bir problemdir".
Asya
Milli.Az