İdman

"Neftçi" 16 200 manat cərimələndi

9 Oktyabr 2025 19:12
Baxış: 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi", "Zirə", "Sumqayıt" və "Şamaxı" klubları cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

Misli Premyer Liqasının VII turunda ən çox cərimə edilən klub "Neftçi" olub. Belə ki, "Zirə" - "Neftçi" oyununun 90+7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, paytaxt klubu 500 manat, dörd nəfər sarı vərəqə aldığı üçün isə 700 manat cərimə olunub.

Həmçinin komandanın azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "Neftçi" 10 000 manat cərimə ödəməli olacaq. Bundan başqa, oyunun 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalanıb və klubunu 5 000 manat ziyana salıb.

"Zirə" klubu isə VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə 1 000 manat ziyana düşüb.

"Sumqayıt" - "Turan Tovuz" görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibi 700 manat cərimə ödəyəcək.

"Qəbələ" - "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə alan "Şamaxı" klubu da 700 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.