Amerika

Reper Diddiyə qarşı növbəti ittiham irəli sürüldü

4 Oktyabr 2025 23:38
Baxış: 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Reper Diddiyə qarşı daha bir cinsi zorakılıq iddiası irəli sürülüb.

Milli.Az xəbər verir ki, məşhur amerikalı reper Diddi (əsl adı Şon Kombs) barəsində yeni cinsi təcavüz ittihamı irəli sürülüb.

İddiaçı Leyana Ripli bildirib ki, hadisə 2016-cı ildə, onun 20 yaşını qeyd etdiyi Los-Ancelesdəki "Playhouse" gecə klubunda baş verib. Riplinin sözlərinə görə, Diddi onu içki içməyə məcbur edib və imtinalarına baxmayaraq cinsi zorakılığa əl atıb.

Hadisədən sonra qadında psixoloji və fiziki travmalar, o cümlədən başgicəllənmə və bədənində zədələr yaranıb. O, məhkəmədən maddi təzminat tələb edir. Riplinin vəkili, reperə qarşı oxşar iddiaları müdafiə edən Toni Buzbidir.

Qeyd edək ki, Diddi daha əvvəl insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.