Tramp administrasiyası ABŞ-yə qaçqın qəbulunu kəskin şəkildə azaltmaq istəyir.
Milli.Az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın komandasının 2026-cı ildə qaçqın limitini cəmi 7500 nəfərə endirməyi planlaşdırdığı bildirilir.
Məlumatda deyilir ki, bu yerlərin əhəmiyyətli hissəsi ağdərili Cənubi afrikalılara və ayrı-seçkiliklə üzləşmiş digər qruplara verilə bilər.
Xatırladaq ki, hazırda qüvvədə olan qaçqın limiti Bayden administrasiyası tərəfindən 2024-cü il üçün 125 min nəfər olaraq təyin olunub. Trampın birinci prezidentlik müddətinin sonunda bu rəqəm 15 min idi. Hazırkı təklif isə onun da yarısı qədərdir.
Ağ Ev rəsmiləri bildiriblər ki, bu barədə son qərar Konqreslə məsləhətləşmələrdən sonra veriləcək. Lakin federal hökumətdəki qismən bağlanma səbəbilə müzakirələr hələlik təxirə salınıb.
Asya
Milli.Az