İdman

Poqba Fransa millisinə qayıdır? - Didye Deşam Açıqladı

4 Oktyabr 2025 17:54
Baxış: 302
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa millisinin baş məşqçisi Didye Deşam "Monako"nun yarımmüdafiəçisi Pol Poqbanın komandaya mümkün qayıdışından danışıb.

Milli.Az bildirir ki,  "Report" bu barədə "Goal.com"a istinadən xəbər verir.

"O, yenidən futbolçu olmağa yaxınlaşır. Milliyə gəlincə, onun qayıtmaq istədiyinə şübhəm yoxdur; onun məqsədi budur. Ancaq əvvəlcə o, bir neçə mərhələdən keçməlidir. Birincisi, "Monako"da oynamaqdır. Ümid edirəm ki, o bunu edə bilər. Bu, onun üçün vacib bir addım və böyük sevinc olacaq. İndi "hə" desəm, hamı onun artıq qayıdacağını düşünəcək. "Yox" desəm, axmaq olduğumu düşünəcəklər. Beləliklə, ən yaxşı seçim ona ilk mərhələdə uğurlar arzulamaqdır", - deyə o bildirib.

Xatırladaq ki, Poqba yay "transfer pəncərəsi" zamanı "Monako" ilə pulsuz transferə imza atmışdı. Fransız futbolçu dopinqdən istifadə etdiyinə görə uzun müddət diskvalifikasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.