Cəmiyyət

Cabir İmanovun atası vəzifəli şəxs imiş - FOTO

4 Oktyabr 2025 23:49
Baxış: 584
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bir neçə gün öncə idman zalında infarkt keçirərək vəfat edib. Onun ölümü aktyorun pərəstişkaları və ictimaiyyət arasında hüzünlə qarşılanıb.

Aktyorun atası Qorxmaz İmanova oğlunun dini etiqadı ilə bağlı ünvanlanan suallara cavab vermək istəməyib.

Milli.Az-ın məlumatına görə, əməkdar artist Cabir İmamovun atası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovdur.

Qorxmaz İmanov 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb. 1968-ci ildə həmin İnstitutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə edib. 1968-1969-cu illərdə Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi vəzifəsində işləyib. 1969-1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışıb. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. 1974-1987-ci illərdə Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışıb. 1983-cü ildə professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1987-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-tədqiqat İqtisadiyyat institutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) müdiri vəzifəsində çalışıb. 1993-1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində işləyib. 2001-ci ildən AMEA Kibernetika İnstitutunda baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, C.İmanov xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, əməkdar artist Tahir İmanovun qardaşıdır. (metbuat.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.