Gürcüstan

Kobaxidze Tbilisidə baş verənlərə görə onu günahlandırdı

4 Oktyabr 2025 23:06
Baxış: 341
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlərə görə xüsusi məsuliyyət daşıyır".

Milli.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Gürcüstanda hakimiyyətin devrilməsinə cəhdlərə dəstək bəyanatları eşidilib.

"Bu fonda diplomat çıxıb şəhərin küçələrində baş verənləri qəti şəkildə pisləməlidir. Bu, onun birbaşa məsuliyyətidir", - İ.Kobaxidze əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyasının mətbuat katibi Anita Hipper gürcü xalqının dinc etiraz etmək hüququ olduğunu və Gürcüstan hakimiyyəti onun səsini mütləq eşitməli olduğunu deyib. Bu bəyanatdan sonra Gürcüstan hakimiyyəti bildirib ki, ölkədə təşkil olunacaq mitinqdə baş verə biləcək zorakılığa görə Avropa Komissiyası məsuliyyəti bölüşməli olacaq. (APA)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.