İdman

PSJ-dən rekord transfer TƏKLİFİ: 230 milyon avro

9 Oktyabr 2025 14:40
Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PSJ dünya transfer bazarını sarsıdacaq yeni addıma hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu "Barselona"nın gənc ulduzu Lamin Yamalı transfer etmək niyyətindədir.

İspaniyanın "Defensa Central" nəşrinin məlumatına görə, PSJ rəhbərliyi 17 yaşlı futbolçu üçün 230 milyon avro ödəməyə hazırdır. Əgər bu transfer baş tutarsa, futbol tarixində **ən bahalı transfer** kimi qeydə alınacaq.

Hazırkı rekord isə 2017-ci ildə "Barselona"dan 222 milyon avroya PSJ-yə keçən Neymara məxsusdur. Yamalın keçidi gerçəkləşərsə, fransız klubu yenidən tarix yazacaq.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.