Cəmiyyət

3 ayda müavinlərinin sayı 3-ə düşdü

14 Fevral 2026 23:23
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç müavini vəzifəsindən azad olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı üçə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 6 müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bugünədək müavin sayında iqtisadiyyat naziri Mikayıl Cabbarov və xarici işlər naziri Ceyhun Bayramovla eyni mövqedə idi.

Bir gündə 3 müavini vəzifələrindən azad edildikdən sonra onun müavinləri Rəfael Mirzəyev (I müavin), Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu) və Adil Abdullayevdir.

Bununla o, 3 müavini olan maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirləri ilə eyni sıradadır.

Qeyd edək ki, ötən ilin dekabrında isə nazirin daha bir müavini general-mayor Teymur Mehdiyev vəzifəsindən azad olunmuş, bununla nazir müavin sayındakı liderliyini itirmişdi.

Əlavə edək ki, T.Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.