Türkiyə

26 yaşlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - FOTO

14 Fevral 2026 13:24
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib.

Milli.Az xəbər verir ki, 26 yaşlı Azərbaycan vətəndaşı Səbinə Vahabovanın Türkiyədə iki ayrı şəhərdə toy mərasimindən sonra külli miqdarda qızıl zinət əşyaları ilə qaçdığı iddia olunur.

Məlumata görə, Vahabova 28 noyabrda Çorumda keçirilən toyundan sonra təxminən 500 min türk lirəsi dəyərində qızılları götürərək yoxa çıxıb.

Daha sonra onun Kocaelinin Gebze şəhərində 39 yaşlı bir kişi ilə dini nikah mərasimi keçirdiyi ortaya çıxıb. Bu evlilikdən cəmi bir gün sonra isə Vahabovanın yenidən qaçdığı və bu dəfə təxminən 300 min türk lirəsi dəyərində qızıl zinət əşyalarını özü ilə apardığı bildirilir.

Hadisə mənzil binasının təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə qadının qızılları torbaya yığaraq ağ rəngli avtomobillə ərazidən uzaqlaşdığı əks olunub.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.