"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci sevgi olub. Sonra bu sevgidən məşhurluq yaranıb. Bu, məsuliyyətə səbəb olub. Bu da qazancımın yaranmasına gətirib çıxarıb".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Həftənin qonaşı" verilişində deyib. O, hazırda komandası ilə birgə toy məclislərinə 50 min manat qarşılığında getdiyini açıqlayıb:
"Əvvəl demişəm ki, 5 nəfərlə imkan olsaydı, gedib çörək qazanardım. İlk dəfə toya gedəndə ev yiyəsi nağaralarımızı təpikləmişdi. Demişdi ki, "5 ədəd nağara nədir, bir dənə ola". Bəy də qayıtdı ki, "Ata, bu başqa şeydir". Çıxdım oradan, kövrəldim. Bəy dedi ki, "Sizi görmüşəm, xoşum gəlib, qayıdıb çalın". Biz başlayanda atası dedi ki, "Əgər burada mənə xoşagəlməyən nəsə olsa, bunları buradan başqa vəziyyətdə çıxaracağam". Biz çıxış edəndən sonra ev yiyəsi gəlib dedi ki, "İkinci dəfə də çalın". O, mənə çıxanda 50 manat yox, 50 dollar verdi. Bu gün həmin 50 dollar 50 min manat olub. Mən 100-200 minlik müqavilələrə qol çəkmişəm".
N.Şirinov bildirib ki, bu məbləğə məclisdə Xalq artisti Alim Qasımovun çıxışı da daxildir:
"Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir.
Nağaranı böyük biznesə gətirdim. Bu gün bütün toyların açılışında, istər oxuyan olsun, istər nağara, zurna çalan ilk Natiqin qoyduğu ideyanın sayəsindədir. Təbii ki, hər kəsin öz zəhməti də var. Bunun dərininə getsək, mən Avropa və ya Amerikada yaşasaydım, hamı mənə patent verməli idi. Toyların açılışı, aş mərasimi, yallı, tortun gəlməsi, gəlinin götürülmə mərasimi. Əvvəllər bu qara zurna və kos olardı, ya da klarnet-nağara. Bu gün isə 10-15 nağara olur. Görün nə qədər insan çörək qazanır". (axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





