Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin "Antinomia" adlı konseptual sərgisi açılıb.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, AMEA-nın Memarlıq və İncəsənət institutunun direktoru Ərtegin Salamzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi çıxış ediblər. Onlar öz çıxışlarında sərginin müasir Azərbaycan incəsənətində konseptual düşüncə tərzinin inkişafına töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, "Antinomia" layihəsi vizual ifadə vasitəsilə cəmiyyət, insan və məkan münasibətlərini yeni estetik baxış prizmasından təqdim edir və tamaşaçını düşünməyə, dialoqa dəvət edir. Sonda Elçin Şamilli tədbir iştirakçılarına təçəkkürünü bildirərək, onları sərgi ilə tanış olmağa dəvət edib.
Sərgidə rəssamın foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Əsərlər varlığın dəyişkən təbiətini, zaman və məkan arasındakı keçid hallarını, eləcə də məntiqi və mistik qatların toqquşmasını vizual dillə ifadə edir. Təqdim edilən əsərlərdə Antinomiya anlayışı yaddaş, transformasiya və transendent reallıq mövzuları üzərindən açılır, simvollar isə müxtəlif reallıq qatları arasında əlaqə yaradan əsas vasitə kimi çıxış edir. Əsərlər tamaşaçını mövcudluğun ziddiyyətlərini hiss etməyə, görünənlə görünməyən arasındakı sərhədlər üzərində düşünməyə çağırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli dizayn və incəsənət nəzəriyyəsinə həsr olunmuş 40-dan çox elmi məqalənin, "Dizaynda və incəsənətdə vizual formanın qavranılması", "Dizaynın paradiqması: memarlığın əvəzi", "İncəsənətdə abstrakt vektor" və digər monoqrafiyaların müəllifidir. O, həmçinin rəssam, heykəltəraş və qrafik kimi 1994-cü ildə Bakı İncəsənət Mərkəzində ("Yeni Gallery"), 2006 və 2008-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda fərdi sərgilərlə çıxış edib, əsərləri Bakı, Reklinqhauzen, Budapeşt, Avinyon, London, Aberdin, Moskva və Sankt-Peterburqda keçirilən qrup sərgilərində nümayiş olunub.
Vizual strukturlar müvəqqəti keçid məkanlarını və zamanın çatlaqlarını xatırladan kompozisiyalarla qurulub. Bu yanaşma insanın həm mövcudluğunu, həm də yoxluq hissini eyni anda yaşamasına işarə edir. Sərgi bütövlükdə idrakın məhdudluğunu və estetik təcrübə vasitəsilə onun aşılması imkanını ön plana çıxarır.
Sərgi 31 mart, 2026-cı il tarixinədək davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb





