Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.
Milli.Az xəbər verir ki, günün ikinci matçında "Zirə" öz meydanında autsayder "Karvan-Yevlax"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.
Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.
Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib.
XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.
Milli.Az





