"Qarabağ"ın sabiq futbolçusu, hazırda Meksikanın "Pumas" klubunda çıxış edən Olavio Juninyo qolları sıralamaqda davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarda "Flamenqo"dan Meksika klubuna keçən forvard 7 oyuna 3 qol vurub.
O, ötən gün "Puebla" ilə keçirilən ölkə çempionatının 6-cı turunun matçında komandası üçün vacib qola imza atıb. Matçın 88-ci dəqiqəsində fərqlənən forvard qələbə qolunun müəllifi olub.
Juninyonun komandası 12 xalla 2-ci pillədə qərarlaşır.
Milli.Az





