Sağlamlıq

Estetik dünyasında bıçaq altına yatmaq dövrü bitir - yeni möcüzəvi üsul

15 Fevral 2026 00:25
Baxış: 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq gənc və təravətli görünmək üçün ağır cərrahi əməliyyatlara, narkoza və uzunmüddətli sağalma proseslərinə ehtiyac qalmır. Texnologiyanın inkişafı ilə birlikdə estetik dünyasında "biçaqsız inqilab" yaşanır. Yeni üsullar sayəsində cəmi bir neçə saat ərzində 10 yaş gəncləşmək mümkündür.

Milli.Az əməliyyat dövrünü bağlayan əsas metodları təqdim edir:

HIFU (Fokuslu Ultrasəs Terapiyası) - bu üsul ultrasəs dalğaları vasitəsilə dərinin ən dərin qatlarına (SMAS təbəqəsinə) təsir edərək kollagen istehsalını stimullaşdırır.

Dəri səthinə heç bir zərər vermədən daxildən gərilmə və bərkimə təmin edir. Heç bir kəsik və ya tikiş tələb olunmur.

Üz cizgiləri daha kəskin olur, sallanmalar aradan qalxır.

Fransız Askısı (İplə üz gərmə) - Xüsusi, daxildən toxumaya yapışan bioloji uyğun iplər vasitəsilə dərinin yuxarıya doğru çəkilməsi prosesidir.

Xüsusilə çənə xətti, boyun və yanaq bölgəsindəki sallanmalar üçün effektivdir.

İplər zamanla dəri altında əriyir, lakin yaratdıqları kollagen şəbəkəsi sayəsində effekt uzun müddət qalır.

Niyə artıq əməliyyatlara üstünlük verilmir?

Prosedurdan dərhal sonra gündəlik həyata qayıtmaq olar.

"Dartılmış və süni" üz ifadəsi yerinə, dərinin özünü yeniləməsi sayəsində daha təbii nəticə əldə edilir.

Narkoz tələb olunmur, sadəcə yerli keyitmə ilə həyata keçirilir.

Maye Üz Gərmə (Liquid Facelift) - botoks və dolğu kombinasiyaları ilə üzün həcmini bərpa etmək və qırışları açmaq üsuludur. Bu metod xüsusilə üzündə çökmə olan şəxslər üçün bıçaq altına yatmadan ideal həll təklif edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.