Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yenidən əməliyyat olunub.
Milli.Az xəbər verir ki, o, bu barədə özü məlumat verib.
Röyal iki dəfə ürək əməliyyat olunduğunu bildirib:
"Dünən həkim ürəyimdən şübhə edib, məni anjuya yolladı. Anju oldum, bu gün cavablar yaxşı çıxdı və daha bir əməliyyat olmayacaq. Dünən məni yatırıb anju edəndə dedim, Tünzalə vaxtdır, gəlirəm. Amma Allah dedi ki, hələ zaman var. Gənc yaşımda yoldaşımı itirdim, 2 dəfə ürək əməliyyatı oldum. Yaşanılası hər şeyi yaşadım. Allaha şükr edirəm, hər şeyə görə".
Qeyd edək ki, xərçəngdən dünyasını dəyişən Tünzalə Əliyeva ilə evlilikdən Röyalın Zəhra adlı qız övladı var.
Musa
Milli.Az