İdman

“Qarabağ”ın İspaniyadakı oyununu izləmək istəyənlərin nəzərinə!

9 Oktyabr 2025 20:16
Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın "Atletik Bilbao" klubu ilə keçirəcəyi oyun üçün vauçerlər sabah saat 15:00-da satışa çıxarılacaq.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən qərar vauçerlərin çoxsaylı istəkləri əsasında qeydə alınıb. Həmçinin əlavə edilib ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq.

Qeyd edək ki, "Atletik Bilbao"-"Qarabağ" matçı oktyabrın 22-si saat 20:45-də "Estadio San Mames"də keçiriləcək.

Xatırladaq ki, bundan öncə klub biletlərin oktyabrın 15-də satışa çıxarılacağını bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.