İdman

Marko Yankoviçlə bağlı sevindirici xəbər

9 Oktyabr 2025 18:40
Baxış: 2 407
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç zədəsini sağaldıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə klubun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, bildirib ki, hazırda Marko Yankoviç fərdi şəkildə məşqlərini davam etdirir:

"Həm Marko, həm də Montiel fərdi şəkildə məşqlər edirlər. Qarşıdakı günlərdə ehtimal var ki, tədricən komanda məşqlərinə qoşulsunlar. Bildiyiniz kimi, komanda 4 günlük istirahətdədir. Bu gündən məşqləri bərpa edəcəyik. Artıq qarşıdakı günlərdə bu barədə daha ətraflı məlumatımız olacaq. Hazırda məlumatımız yalnız ondan ibarətdir ki, qarşıdakı günlərdə komanda ilə tədricən məşqlərə qoşulması gözlənilir".

Xatırladaq ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının ilk turunda "Qarabağ"ın "Benfika" üzərində 3:2 hesabı ilə qalib gəldiyi oyunun 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.