Bu məşqin 1 dəqiqəsi gəzməkdən 6 dəfə daha təsirlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərəkət, uzun və sağlam həyatın ən vacib elementlərindən biridir. Lakin yeni bir araşdırma göstərir ki, idmana uzun saatlar ayırmaq həmişə zəruri deyil.
Milli.Az xəbər verir ki, Nature Communications jurnalında dərc olunan yeni elmi araşdırma, yalnız 1 dəqiqə yüksək intensivlikli məşqin, yürüş kimi yüngül fəaliyyətlərdən çox daha güclü təsir göstərdiyini ortaya qoyub.
Tədqiqat göstərir ki, bir dəqiqəlik yüksək intensiv məşq təxminən 8 dəqiqə orta intensivlikli və 53-156 dəqiqə yüngül tempdə (məsələn, yürüş) fəaliyyətə bərabər fayda verir.
Yüksək intensiv məşqlərə aşağıdakılar daxildir:
- Sürətli yürüş, qaçış, sürətli velosiped sürmə
- Pilləkən qalxma
- Tullanma hərəkətləri, ip atlama
- Rəqs, step aerobik
- HIIT məşqləri
- Ağır yük daşımaq və ya intensiv bağ işləri
Araşdırma komandası, orta yaşı 61 olan 73 min nəfərdən 7 gün boyunca 24 saat aktivlik sensorları ilə məlumat toplayıb. Nəticələr göstərir ki, ürək sağlamlığı və böyük kardiovaskulyar xəstəlik riskləri baxımından yüksək intensiv məşqlər yürüşə nisbətən təxminən 6 dəfə daha təsirlidir.
Qısa müddətli intensiv fəaliyyət əvvəlcədən də tip 2 diabet, ürək xəstəlikləri, insult və bəzi xərçəng növləri riskini azaltdığı üçün tövsiyə olunurdu. Bu yeni tədqiqat isə yüksək intensiv məşqlərin sağlamlığa güclü təsirini bir daha təsdiqləyir.
Araşdırma müəllifləri bildirirlər ki, nəticələr xüsusilə zamanı məhdud və ya xəstəlik riski yüksək şəxslər üçün əhəmiyyətlidir. Ekspertlər qısa müddətli sürətli yürüş və ya digər yüksək temp fəaliyyətlərlə gündəlik rutinlərə təsirli məşq əlavə etməyin mümkün olduğunu vurğulayırlar.
ABŞ-də 3293 yetkinlə aparılmış başqa bir araşdırma da bunu dəstəkləyir: gündə ortalama 1,1 dəqiqə intensiv fəaliyyət, erkən ölüm riskini 6 il ərzində 38% azaldıb.
Yeni başlayanlar, xüsusilə yüksək intensivliyə keçməzdən əvvəl həkim və ya ixtisaslı məşqçi ilə məsləhətləşməlidir.
Proqram fərdi sağlamlıq vəziyyətinə uyğun tənzimlənməlidir.
Yüksək intensiv məşqlər güclü təsir göstərsə də, yürüş hələ də vacibdir: əzələ kütləsini, çevikliyi və hərəkət qabiliyyətini qoruyur, yuxu keyfiyyətini artırır, qan təzyiqi və stresi azaldır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Bu qidalar beyin damarlarına zərər verə bilər
-
Diabet xəstələri banan yeyə bilər?
-
Ətir istifadə edənlərə xəbərdarlıq
XƏBƏR LENTİ
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
"Oktay Saral sabah istefa verəcək"
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?
-
Nəfəs Seda Sayanla eyni libasda – Müzakirə yaradan paylaşım - (Video)
-
Heç kim ata və qız olmalarına inanmır - (Video)





