100 yaşına qədər yaşamağın gizli resepti - Xəstəliksiz ömür üçün...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın "ən uzunömürlü insanlarının" yaşadığı bölgələrdə aparılan elmi araşdırmalar göstərir ki, bitki yönümlü qidalanma, liflə zəngin məhsullar və az kalorili həyat tərzi xroniki xəstəliklərə qarşı güclü sipər yaradır. Biz də bu topluluqların necə qidalandığını və uzunömürlü olmaqlarının sirrini araşdıran mütəxəssis rəylərini təqdim edirik.
Milli.Az xəbər verir ki, Sardinya adasında 100 yaşını keçmiş insanların böyük əksəriyyəti yaddaş problemi və xroniki xəstəliklər yaşamır. Araşdırmalar göstərir ki, onların uzunömürlü olmasının əsas səbəbi ənənəvi qidalanma və balanslı həyat tərzidir.
Buradakı uzunömürlü insanların daha çox bitki yönümlü qidalar yeməsi, keçi və qoyun südündən hazırlanan fermentləşdirilmiş məhsulları mütəmadi qəbul etməsi ürək-damar sağlamlığını gücləndirir, orqanizmdə iltihabı azaldır.
Necə qidalanırlar?
Ət az, fermentləşdirilmiş süd məhsulları orta miqdarda qidalanmada yer alır.
Paxlalılar və tam taxıllar gündəlik rasionun əsas hissəsidir.
Çeşidli, lakin sadə və təbii qidalar daha uzun ömrə təsir edən əsas faktorlardandır.
Süd məhsulları yaşlılarda əzələ kütləsini qoruyan əsas protein qaynağı kimi qiymətləndirilir. Tərəvəz və meyvələrdəki resveratrol və antioksidantlar isə ürək xəstəlikləri və xərçəngdən qoruyucu təsir göstərir.
2021-ci ildə aparılan araşdırma göstərib ki, Sardinyalıların uzunömürlülüyündə bitki yönümlü qidalanma, turş mayalı tam taxıllı çörəklər və ferment olunmuş süd məhsulları əsas rol oynayır.
Bitki yönümlü qidalanmanın üstünlükləri
Uzun illər bitki əsaslı qidalananlarda ölüm riski daha aşağıdır.
Ürək xəstəlikləri, hipertoniya və diabet daha az rast gəlinir.
Tərəvəz, meyvə, quru meyvələr, çərəzlər, tam taxıllar və zeytinyağı ilə zəngin rasion xərçəngə qarşı güclü qoruyucu təsir göstərir.
Kaliforniyada yaşayan "Yeddinci Gün Adventistləri" adlı icmanın uzun və sağlam ömrünün də məhz vegetariyan tip qidalanma və emal olunmuş qidalardan uzaq durmaq ilə əlaqəli olduğu müəyyən edilib.
2006-cı ildə aparılan araşdırmaya görə, Okinava əhalisinin uzun yaşamasının ən mühüm sirri az kalorili, lakin qida dəyəri yüksək olan menyudur.
Onların rasionunda:
- Tərəvəzlər
- Paxlalılar
- Tofu
- Şirin kartof
kimi məhsullar üstünlük təşkil edir.
Bu qidalanma tərzi iltihabı və oksidativ stresi azaldaraq xroniki xəstəlik riskini aşağı salır.
Günümüzdə də Okinavada gənclərin Qərb tipli qidalanmaya meyil etməməsi üçün maarifləndirmə davam etdirilir.
Yunanıstanın İkarya adasında aparılan 2021-ci il araşdırması göstərir ki:
- Zeytunyağı
- Təzə tərəvəz və meyvə
- Tam taxıllar
- Paxlalılar
- Balıq
bu xalqın uzun ömür sürməsində mühüm rol oynayır.
Keçi əti və süd məhsulları da mütəmadi (həftədə 1-2 dəfə) istifadə edilir. İkaryalılarda hipertoniya çox rast gəlinməsinə baxmayaraq, sağlam qidalanma və aktiv həyat sayəsində nəzarətdə saxlanır.
2021-ci ildə Kosta-Rikada aparılan araşdırmada göstərilib ki, düyü və lobya yeyən yaşlılarda telomer uzunluğu qısalmır. Telomerlərin uzun qalması isə bioloji yaşlanmanı ləngidir.
Omega-3, tam taxıl və balanslı heyvani proteinlərlə zəngin qidalanma telomer qısalmasını azaldaraq xroniki xəstəliklərə qarşı güclü qoruma təmin edə bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Çempionlar Liqasını izləmək üçün Bakıya gəldi, matçda öldü - (Foto)
-
Tanınmış aktyor özündən 26 yaş kiçik xanımı ilə (Video)
-
"Sabah"ın baş məşqçisi təltif olundu (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
-
Elvin Cəfərquliyevdən həmin hesablarla bağlı açıqlama
-
Rusiyada general-polkovnik həbs edildi
-
Bu şəxslərə gündə 100 manat ödəniləcək
-
Özcan Deniz və Deniz Çakırla bağlı qərar verildi
-
“20 Yanvar” metrosunun çıxışında faciə - 41 yaşlı kişi öldü
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: Sumqayıtda 30 illik qalmaqal
-
Hava kəskin soyuyacaq - 15 dərəcə şaxta
-
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb - (Foto)
-
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edildi
-
Senator parlamentə qızı ilə gəldi, həmkarının davranışı diqqət çəkdi - (Video)
-
BDU tələbələrindən yeni rektora ilk müraciət - “Heç kim əhəmiyyət vermədi”
-
"Kurtlar vadisi"nin aktrisası qızı ilə metroda (Video)
-
Bu yeməyi yeməyin - Ölümə səbəb oldu
-
Daha 5 məktəbə yeni direktor təyin olundu
-
Ukrayna dronları lazerlə vurur - Dünyada ilk dəfə - (Video)
-
“Sabah”ın qapıçısı Avropa nəhənglərini geridə qoydu
-
Bakıda tarixi binada qanunsuz dəyişiklik aradan qaldırıldı
-
Yasamalda evlər söküləcək - Kompensasiya məbləği açıqlandı - (Foto)
-
Futbolçu matçdan sonra güllələnərək öldürüldü





