Dəm qazından sağ çıxmağın qızıl qaydaları - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış mövsümü yaxınlaşdıqca dəm qazından zəhərlənmə halları artır.
Bəs dəm qazından necə qorunaq?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, dəm qazından zəhərlənmənin səbəbi əksər hallarda evlərdə quraşdırılan pitiminutka kimi tanınan qızdırıcılardır.
Ekspert xəbərdarlıq edir ki, qış mövsümündən əvvəl evlərin bacaları təmizlənməli, qızdırıcılar təmizlənməlidir. Həyati təhlükənin qarşısını almaq üçün su qızdırıcılarını hamam otagından çıxardıb eyvana və ya açıq ərazidə təhlükəsiz şəkildə quraşdırmaq lazımdır. Tıxanmış bacalar tüstünün otağa dolmasına şərait yaradır və bu da dəm qazının toplanmasına səbəb olur:
"Qapı və pəncərələrin tam bağlanması, xüsusilə isitmə cihazları işləyən zaman, təhlükəni artırır. Otaqlarda az da olsa hava dövranı təmin edilməlidir. Qapının altından və ya pəncərədən kiçik hava girişləri təhlükənin qarşısını əhəmiyyətli dərəcədə azalda bilər.
Son illər bir çox evlərdə CO detektorları quraşdırmaq tövsiyə edilir. Bu cihazlar təhlükəli qaz səviyyəsini dərhal aşkarlayır və səsli siqnal vasitəsilə sakinləri xəbərdar edir. Mütəxəssislər belə detektorların xüsusilə fərdi evlərdə mütləq quraşdırılmalı olduğunu bildirirlər.
Dəm qazı zəhərlənməsindən şübhələndikdə ilk olaraq pəncərə və qapılar açılmalı, təmiz hava təmin edilməlidir. Zərərçəkmiş şəxs dərhal açıq havaya çıxarılmalı və təcili tibbi yardıma müraciət edilməlidir".
Ekspert qeyd edib ki, dəm qazı təhlükəsi az qala görünməz riskdir, lakin qaydalara əməl etməklə tamamilə qarşısı alına bilər. Havalandırmaya diqqət yetirmək, cihazları vaxtında yoxlatdırmaq və CO detektoru quraşdırmaq həm ailənin, həm də evin təhlükəsizliyini təmin edən ən əsas addımlardır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
XƏBƏR LENTİ
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)





