Müğənni Səbinə Selcan qonaq olduğu verilişdə səsləndirdiyi səmimi etiraflarla hər kəsi duyğulandırıb.
Milli.Az xəbər verir ki, sənətçi uzun illər gizli saxladığı şəxsi həyat hekayəsini bölüşərək, qızının toyunda yaşadığı ağır anlardan danışıb.
Canlı yayımda sözlərinə göz yaşları içində davam edən Səbinə Selcan bildirib ki, öz doğma qızının toyuna arzuolunmaz qonaq kimi baxıldığı üçün mərasimdə iştirak edə bilməyib. Onun sözlərinə görə, bu qərarın səbəbi illərdir sənətinə qarşı olan mənfi münasibətdir:
"Sadəcə müğənni olduğuma görə məni qəbul etmədilər. Qızımı çox istəyirəm, amma onun həyat yoldaşı mənim sənətimi anlamadı, məni ailəsinə yaraşdırmadı. Bu, bir ana üçün ən ağır hissdir".
Səbinə Selcan sonda bildirib ki, illər keçsə də, qızının xoşbəxtliyini hər şeydən üstün tutur və bu mövzuda artıq kin saxlamır. Onun səmimi açıqlamaları studiyada və sosial şəbəkələrdə izləyicilərin diqqətini çəkib və eyni zamnanda müzakirələrə səbəb olub.
Musa
Milli.Az