"Mənim uşaqlığım olmadı, vaxtından tez yaşlandım" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, müğənni anasının doğum günü olduğunu yazaraq, bunları vurğulayıb:
"Anamın beşinci övladıyam. Amma taleyim elə yazıldı ki, təkcə övlad olmadım... Dost oldum, qardaş oldum, sirdaş oldum, bəzən ata oldum, bəzən ana. Bu missiyanın adını bilmirəm, amma illər keçdikcə anladım ki, bu çox ağır, məsuliyyətli və çətindir. Mənim uşaqlığım olmadı... Uşaq yaşımda böyüdüm, vaxtından tez yaşlandım. Çünki qayğıyla böyüyən insan uşaq qala bilmir. Yenə də şükür edirəm.
Şükür edirəm ki, anama, atama, ailəmə dayaq oldum. Bu gün də eləyəm. Və heç vaxt "kaş başqa cür olardı" demədim. Əksinə, yaxşı ki, belə böyüdüm. Bu gün alnım açıq deyə bilirəm: mən yaxşı övlad, yaxşı qardaş oldum ata-anama. Çünki yaxşı qardaş ailənin dayağı olar. Mən belə böyüdüm - baxmayaraq ki, qız övladı idim.
Heç vaxt elə bir övlad olmadım ki, anamın halından xəbərsiz öz rahatımı düşünüm. Mənim üçün həmişə əvvəl anam, atam oldu, sonra öz ocağım. Anamın evində çay qaynamırsa, mənim fincanım dolu ola bilməz... Bu gün səni necə təbrik edim, bilmirəm. Bacın, qardaşın,atan-anan, xalan, dayın, əmin kimi hansını desəm ürəyincə olar, Qumru ana? Yoxsa, atamın dili ilə səni təbrik edim: Ayka mama cox ģözəl idi,ģəncliyində. Onu bir biləsiniz necə sevirdim. Səsimlə səni təbrik edim "Canım Anam". Doğum günün mübarək.
Amma bir istəyim var səndən: birdən bu dünyanı səndən öncə tərk edərəm. Mənsiz bu dünyada qalma. Çünki gözüm arxada qalar. Ay mənim ərköyün qızım, səni çox sevirəm, ay mənim segah avazlı mələyim".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





