KOBİA Zərdabda sahibkarları dinlədi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük, ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq, balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.
Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Zərdab rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri sahibkar Emil Məlikzadənin tikiş sexində və "Zəfər X" MMC-nın plastik və taxta qapı-pəncərə istehsalı müəssisəsində də olublar. Müəssisələr ilə tanışlıq zamanı sahibkarların gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
Azərbaycanda bu valyutalar bahalaşdı - Rəsmi
XƏBƏR LENTİ
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib





