Dollarla bağlı proqnoz verildi: 2026-cı ildə kurs belə olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda devalvasiya narahatlığı hər zaman mövcud olub. Əhali arasında dolların manata nisbətdə qiymətinin arta biləcəyi ehtimalı hələ də qalır. 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyanın üstündən 10 ildən çox keçməsinə baxmayaraq, əhali bunun hər an təkrarlana biləcəyi qorxusunu yaşayır.
Bugünlərdə Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə 2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək bəyanatı isə bu narahatlığı müəyyən qədər azaltdı.
Buna baxmayaraq, 2026-cı ildə Azərbaycanda dolların bahalaşması istisna edilmir. Dünyada baş verən gözlənilməz hadisələr - müharibələr, qlobal iqtisadiyyatdakı dalğalanmalar, neftin dünya bazarındakı qiyməti bu ehtimalı aktuallaşdırır.
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, ölkədə dolların məzənnəsi Mərkəzi Bankın müvafiq qərarları əsasında tənzimlənir.
Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər yüksəkdir:
"Dövlət Neft Fondunun vəsaitləri 80 milyard dollardan artıqdır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11 milyard dolları ötür. Bu, ölkənin maliyyə təhlükəsizliyi üçün mühüm təminat yaradır. Eyni zamanda, əsas ixrac məhsulumuz olan neftin dünya bazarındakı qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə uyğundur və ölkəyə kifayət qədər valyuta axını təmin edir. Bununla yanaşı, qeyri-neft sektorunda müəyyən artım müşahidə olunsa da, bəzi istiqamətlər üzrə, xüsusilə neft hasilatında təxminən 25 faizə yaxın azalma qeydə alınıb. Bu isə ölkəyə daxil olan valyuta həcminə müəyyən təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda manatın məzənnəsində kəskin dəyişiklik və ya ciddi devalvasiya üçün əsaslı iqtisadi zəmin yoxdur".
İqtisadçı onu da bildirib ki, makroiqtisadi göstəricilər, xüsusilə də valyuta ehtiyatlarının həcmi və dövlətin maliyyə dayanıqlığı manatın sabitliyini dəstəkləyir:
"Üstəlik, Azərbaycanın xarici borc yükü aşağı səviyyədədir və 2026-cı ildən sonra da bu sahədə ciddi risklər gözlənilmir. Bu baxımdan, yaxın aylarda və 2026-cı ilin əvvəlində dolların məzənnəsində kəskin artım və manat üçün ciddi təhlükə yaranacağını real hesab etmirəm. Manatın mövcud sabitliyini qoruması üçün kifayət qədər iqtisadi resurs və alətlər mövcuddur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
AMB rəsmi valyuta məzənnələrini açıqladı
-
"Brent" 72,56 dollara düşdü
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
XƏBƏR LENTİ
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)





