Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır.
Milli.Az xəbər verir ki, mütəxəssislər isti yay gecələrində daha rahat yatmaq üçün bir neçə sadə məsləhət veriblər.
Ayaqları sərin saxlayın
Yatmazdan təxminən 10 dəqiqə əvvəl bir cüt nazik corabı yüngülcə nəmləndirib dondurucuya qoyun. Daha sonra onları geyinərək yatın. Ayaqların sərin qalması bədən istiliyinin tənzimlənməsinə və yuxuya getməyin asanlaşmasına kömək edir.
Rahat vəziyyətdə yatın
Yataqda qollarınızı və ayaqlarınızı açıq vəziyyətdə saxlamaq bədən ətrafında hava dövranını artırır. Yan üstə yatmaq isə bədəndə yığılan istiliyin daha rahat yayılmasına şərait yaradır.
Qidalanmanıza diqqət edin
Lif baxımından kasad, şəkər və doymuş yağlarla zəngin qidalar yuxunun keyfiyyətini aşağı sala bilər. Yay aylarında daha yüngül və balanslı qidalanmaq tövsiyə olunur.
Təbii parçalara üstünlük verin
Sintetik yataq dəstləri və qalın örtüklər əvəzinə pambıq və ya bambu kimi təbii materiallardan istifadə edin. Bu parçalar hava keçirmə xüsusiyyətinə malik olduğu üçün gecə istinin təsirini azaldır.
Gün ərzində kifayət qədər su için
Mütəxəssislər yatmazdan əvvəl həddindən artıq su içməyi deyil, gün ərzində maye qəbulunu normada saxlamağı məsləhət görürlər. Bu həm orqanizmin temperaturunu tənzimləyir, həm də gecə tez-tez oyanaraq tualetə getməyin qarşısını alır./axsam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır





