Sağlamlıq

Yuxu üçün ideal otaq temperaturu neçədir?

30 İyun 2026 07:35
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır.

Onun sözlərinə görə, bu göstərici əksər insanların seçdiyi temperaturdan daha aşağıdır.

Çen qeyd edib ki, yuxu zamanı bədən temperaturu minimum səviyyəyə düşür və bu, insanın bioloji ritmi ilə əlaqəlidir. Güclü isti havada isə beyin dərin yuxu mərhələlərinə çatmaqda çətinlik çəkir.

Brayan Çen yaxşı yuxu üçün otağın temperaturunu uyğun saxlamaqla yanaşı, yüngül yataq dəstindən istifadə etməyi, kofeinli və şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.