Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə real hadisələrdən bəhs edən kriminal janrındakı filmlər bütün dünyada populyarlıq qazanıb. Bunun əsas səbəbi isə real cinayət hadisələrinin çox vaxt uydurma ssenarilərdən daha dramatik, daha sarsıdıcı və emosional olmasıdır. Məhz buna görə də rejissorlar gerçək hadisələrdən ilhamlanaraq həm kriminal aləmi, həm də insan talelərini əks etdirən yaddaqalan filmlər ərsəyə gətiriblər.
Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, həm gərgin süjeti, həm də tarixi faktlara söykənməsi ilə diqqət çəkən 15 filmi təqdim edir.
"Soyuqqanlı qətl" (In Cold Blood, 1967) - Trumen Kapotenin sənədli romanı əsasında çəkilən film ABŞ tarixinin ən dəhşətli ailə qətliamlarından birindən bəhs edir.
"Fransız əlaqəsi" (The French Connection, 1971) - Narkotik qaçaqmalçılığına qarşı aparılan real polis əməliyyatını və kino tarixinin ən məşhur avtomobil təqiblərindən birini nümayiş etdirir.
"Çöllüklər" (Badlands, 1973) - Yeniyetmə qatillərin real hekayəsindən bəhs edən poetik və təsirli yol filmi.
"İt günü günortadan sonra" (Dog Day Afternoon, 1975) - Uğursuz bank soyğununu və onun arxasında gizlənən şəxsi faciəni təqdim edir.
"Alkatrazdan qaçış" (Escape from Alcatraz, 1979) - Klint İstvudun baş rolda oynadığı film ABŞ-ın ən məşhur həbsxanasından sirli qaçışı canlandırır.
"Yaxşı oğlanlar" (Goodfellas, 1990) - Martin Skorsezenin mafiya dünyasını bütün çılpaqlığı ilə göstərən şah əsərlərindən biridir.
"Atamın adı ilə" (In the Name of the Father, 1993) - Terror aktında haqsız yerə ittiham olunan gəncin ədalət uğrunda mübarizəsindən bəhs edir.
"Bacarsan tut məni" (Catch Me If You Can, 2002) - ABŞ tarixinin ən məşhur dələduzlarından biri Frank Abaqneylin həyatından bəhs edən dinamik ekran əsəridir.
"Canavar" (Monster, 2003) - Şarliz Terona "Oskar" qazandıran film serial qatil Aylin Uornosun faciəli həyatını təqdim edir.
"Zodiak" (Zodiac, 2007) - Kimliyi hələ də tam müəyyən edilməyən məşhur serial qatilin izinə düşən jurnalist və detektivlərin gərgin mübarizəsini göstərir.
"Uoll-Stritin canavarı" (The Wolf of Wall Street, 2013) - Maliyyə fırıldaqçısı Cordan Belfortun inanılmaz yüksəlişi və süqutundan bəhs edir.
"Diqqət mərkəzində" (Spotlight, 2015) - Katolik kilsəsində illərlə gizlədilən seksual zorakılıq qalmaqalını üzə çıxaran jurnalist araşdırmasını əks etdirir.
"Qara klan üzvü" (BlacKkKlansman, 2018) - Afroamerikalı polis əməkdaşının Ku Klux Klan təşkilatına sızması haqqında real hadisələr əsasında çəkilib.
"Yəhuda və Qara Məsih" (Judas and the Black Messiah, 2021) - "Qara Panteralar" hərəkatının lideri Fred Hemptonun xəyanət nəticəsində öldürülməsindən bəhs edir.
"Belə xırda şeylər" (Small Things Like These, 2024) - İrlandiyadakı məşhur Maqdalena sığınacaqlarında baş verən dəhşətli hadisələri və cəmiyyətin susqunluğunu ekrana gətirir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi (Foto)
-
İçlikli, doyumlu qarnıyarık poğaça resepti
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
XƏBƏR LENTİ
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf





