Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.
Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədən sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
C. Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.
Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
C. Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, aparılan ekshumasiya və identifikasiya işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
XƏBƏR LENTİ
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular





