İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında dərmanların düzgün saxlanılmaması onların təsirini azalda, hətta sağlamlıq üçün təhlükəli hala gətirə bilər. Əczaçı İon Yalanjinin sözlərinə görə, yüksək temperatur bəzi dərmanların kimyəvi xüsusiyyətlərini dəyişdirərək onları yararsız və ya zərərli edə bilər.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, insanlar çox vaxt dərmanların saxlanma qaydaları ilə bağlı təlimatları nəzərə almırlar.
Halbuki temperaturun kəskin dəyişməsi ciddi, hətta həyati təhlükə yaradan nəticələrə səbəb ola bilər. Əczaçının sözlərinə görə, ən həssas dərman formalarından biri ampullardır. Əgər ampulun içindəki mayenin rəngi dəyişibsə və ya çöküntü əmələ gəlibsə, həmin preparatdan istifadə etmək olmaz.
Yüksək temperatur nəticəsində ampulun tərkibindəki su buxarlana bilər. Bu zaman təsiredici maddənin konsentrasiyası artır və dərmanın dozası normadan artıq ola bilər. Bu isə həddindən artıq dozalanma riski yaradır.
İsti hava digər dərmanlara da təsir edir
Mütəxəssis qeyd edir ki, məlhəmlər və şamlar isti havada əriyə bilər. Tablet və kapsullar isə yüksək temperaturun təsiri ilə öz təsir gücünü qismən və ya tamamilə itirə bilər./Lent.az
Dərmanları necə saxlamaq lazımdır?
Əczaçı dərmanların quru və sərin yerdə, temperaturun 25 dərəcəni keçmədiyi şəraitdə saxlanılmasını tövsiyə edir. Bundan əlavə, yay aylarında dərman qutusunu avtomobildə və ya uzun müddət günəş altında qalan çantada saxlamaq məsləhət görülmür. Bu, preparatların keyfiyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssis həmçinin xatırladıb ki, bütün dərmanlar bölünərək istifadə üçün nəzərdə tutulmayıb. Xüsusilə təsiredici maddəni tədricən ifraz edən, uzunmüddətli təsirə malik tabletləri həkim və ya əczaçı məsləhəti olmadan hissələrə bölmək olmaz. Bu, dərmanın təsir mexanizmini poza və sağlamlıq üçün risk yarada bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Röyanın gündəm olan videosu: "Səni sevirəm..."
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
“Metropark”da yanğın
-
Dənizdə batıb ölən Seymur Allahverdiyevin klipindəki görüntülər müzakirə yaratdı – (Video)
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
-
Canseverin xəstəxanadan son kadrları yayılıb - (Video)
-
Hacıqabulda qardaş bacısını maşında öldürdü
-
AFFA-da vəzifəli şəxslər işdən çıxarıldı
-
Nərminə Kamala yüksək vəzifə verildi
-
Xankəndidə məşhur restoranda bıçaqlanma: Həbs olunanlar var
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
“İmişli”nin yeni transferində hepatit aşkarlandı - Göndərildi
-
Bakıda məşhur məkanlar bağlandı
-
Dubayda satılan “Bizim Tarla” mürəbbəsindən qurd çıxdı – (Foto)
-
"Sənin qardaşın, oğlun ölən qardaşlarımın yanına getsin" - Nazənindən məşhur həmkarına - (Video)
-
Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
-
Onlara 1 milyard manatdan çox müavinət və təqaüd ödənildi
-
Bəşər Əsədin əmisi oğluna ölüm cəzası verildi - (Foto)
-
Vəkil Elşad Məmmədov saxlanıldı - (Foto)
-
"Hacı Şahinin o çıxışından sonra bizə təzyiqlər səngidi" - (Video)
-
Bakıda futbol meydançasında 27 yaşlı gənc qəfil öldü - (Anbaan Video)





