Dünyanın ilk fotoşəkili: 8 saatlıq səbrin nəticəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün saniyələr içində minlərlə yüksək keyfiyyətli şəkil çəksək də, hər şey 1826-cı ildə (bəzi qaynaqlara görə 1827) Fransanın Le Qra bölgəsindəki bir malikanənin pəncərəsindən çəkilən o bulanıq görüntü ilə başladı.
Milli.Az xəbər verir ki, dünyanın ilk qalıcı fotoşəkilini fransız ixtiraçı Jozef Nikifor Nyeps çəkmişdir. O, bu görüntünü əldə etmək üçün "Heliyoqrafiya" (Gündüz yazısı) adlandırdığı xüsusi bir texnikadan istifadə edib.
Şəkildə Nyepsin iş otağının pəncərəsindən görünən malikanənin damları və ətrafdakı binalar əks olunub.
Bu görüntünü əldə etmək üçün kameranın pəncərə önündə tam 8 saat (bəzi araşdırmalara görə isə günlərlə) hərəkətsiz qalması lazım idi. Buna görə də şəkildə günəşin binanın hər iki tərəfinə düşən kölgələrini görmək mümkündür.
Nyeps bu görüntünü qalay və qurğuşun qarışığından hazırlanan bir lövhə üzərinə, işığa həssas olan "Yəhudi bitumu" (bir növ asfalt) çəkərək əldə etmişdi.
Bu tarixi lövhə uzun illər itmiş hesab olunurdu. Yalnız 1952-ci ildə Helmut və Elison Qershaym (Helmut & Alison Gernsheim) tərəfindən yenidən tapılaraq dünya elminə qazandırıldı. Hazırda bu əvəzsiz əsər ABŞ-ın Texas Universitetində, xüsusi azotla doldurulmuş şüşə qabda qorunur.
Nyepsin bu kəşfi daha sonra Lui Daqer (Louis Daguerre) tərəfindən inkişaf etdirilərək müasir fotoqrafiyanın təməli olan "Daqerotip" texnikasına yol açdı. Əgər Nyepsin o günkü 8 saatlıq səbri olmasaydı, bu gün vizual dünya tamamilə fərqli ola bilərdi.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli İncəsənət Muzeyində “Danışan misralar” adlı konsert proqramı keçirilib - (Foto)
-
Əfsanəvi boksçu Türkiyə serialında - (Video)
-
Nəsimi Musayevin həbs müddəti uzadıldı
-
Tanınmış xanəndəyə ərindən efirdə romantik sürpriz (Video)
-
Xaçmazda park əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib - (Foto) (Video)
-
Bakıda yağış yağan kimi yollar niyə bağlanır? - Tıxacın əsas səbəbləri
-
Kəmalə Qaramollayevanın keçmiş əri konsertinə gəldi (Video)
-
Orxan Kəngərli ilə bağlı qərar verildi
-
Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
-
İsmail Hacıoğlu boşandığı arvadı ilə yenidən evləndi - (Video)
-
“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"
-
Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
-
Gələn ay 10 gün iş olmayacaq - Tarixlər
-
12 saniyəyə 1 kilo bal yedilər (Video)
-
İran Naxçıvan istiqamətində hərbi texnikalar yerləşdirir? - Rəsmi cavab
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – (Video)
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Zaur Kamal: “Zəng edib halımı soruşan yoxdur”
-
Nəfəs: "Məni bacısı kimi görüb deyə öpüb" (Video)
-
SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir
-
Dünənki oyunda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar - (Yenilənib/Foto)
-
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirildi
-
Xalq artisti: "Amansız anayam, qızımı 11 ildir özümdən uzaqlaşdırmışam"
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz





