Bir iynəsinin qiyməti 250 min dollardır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onurğa əməliyyatı keçirən tanınmış MMA döyüşçüsü Aleksandr Yemelyanenko səhhətindəki problemlərin aradan qaldırılması üçün böyük maliyyə vəsaitinə ehtiyac duyduğunu açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, döyüşçü bu barədə "The KastaPodcast" verilişində danışıb. Onun sözlərinə görə, həkimə müraciət etməsinə Roman Rotenberqin tövsiyəsi səbəb olub. Aparılan müayinələrdən sonra ilkin ehtimalların əksinə olaraq, onda əzələ spazmı deyil, onurğa sınığı aşkar edilib. Bu zədə onurğa sinirinin qismən yerdəyişməsinə gətirib çıxarıb.
Yemelyanenko bildirib ki, həkimlər ona xüsusi iynə müalicəsi təyin ediblər. Sözügedən preparatlar olduqca bahalıdır: beş iynənin qiyməti 250 min dollar təşkil edir və ümumi müalicə kursunun dəyəri təxminən 1 milyon dollara çatır. Onun sözlərinə görə, bu iynələr Koreyadan sifariş olunur və kök hüceyrələrə əsaslanır. Döyüşçü hazırda belini tam sağaltmaq və yenidən normal formaya qayıtmaq yollarını düşündüyünü, bu müalicənin isə yeganə çıxış yolu olduğunu deyib.
Aleksandr Yemelyanenko gündəlik həyatında yaşadığı çətinliklərdən də bəhs edib. O qeyd edib ki, səhərlər qoltuqağacı olmadan qısa məsafələrdə hərəkət edə bilsə də, uzun məsafə qət etməkdə çətinlik çəkir və ayaqüstə qalmaq üçün mütləq nəyəsə söykənməyə ehtiyac duyur. Buna görə də hazırda əsasən qoltuqağacı ilə hərəkət edir.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi
-
Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi
-
Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı rəsmi açıqlama
-
“Kərkük Oğuz Gözəli” adlı musiqi əsərinin təqdimatı Bakıda keçiriliи – (Foto)
-
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
-
Şahin Növrəsli Festivalı keçiriləcək - (Foto)
-
Azərbaycan Dövlət Simli Kvartetinin “Kamera Musiqisi Axşamı” adlı konserti baş tutub (Foto)
-
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
-
Avropa mətbəxinin "bulud tortu": Merveilleux
-
Nuray Şahsuvarlının Füzuli ifası Forumun açılışına damğa vurdu (Video)
-
Çində təyyarə göydələnə çırpıldı - (Video)
-
"Suraxanı bazarı" sökülür
-
Türkiyədə fişəng fabrikində partlayış - ölən və xəsarət alan var - Yenilənib





