İdman

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

26 İyun 2026 21:08
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mahaçqalanın "Dinamo" klubu hazırda azad agent olan hücumçu Ramil Şeydayevlə maraqlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı azərbaycanlının son klubu "Qarabağ" olub. Ötən mövsüm futbolçu 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı oyunçunun dəyərini 600 min avro qiymətləndirir. Şeydayev "Zenit"in yetirməsidir. Hücumçu daha əvvəl Türkiyənin "Trabzonspor", Slovakiyanın "Jilina", Rusiyanın "Rubin", "Krılya Sovetov", "Dinamo Moskva", Azərbaycanın "Sabah" və "Neftçi", Tailandı təmsil edən "Buriram Yunayted" və Türkiyənin "Kocaelispor" klublarında da çıxış edib.

Şeydayev Azərbaycan millisinin heyətində keçirdiyi 69 oyunda 10 qol var.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.