Təhsil

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edildi

9 Oktyabr 2025 19:21
Baxış: 428
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Nicat Əli oğlu İsmayılov Bərdə rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nicat İsmayılov 2003-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 2007-ci ildə həmin universiteti bitirərək Bərdə rayonu 1 nömrəli Nazırlı kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə işə düzəlib. 2010-cu ildən Bərdə şəhəri 3 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 2019-cu ildə direktorların işə qəbulu müsahibəsində uğur qazanaraq, Bərdə rayonu V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbinə direktor təyin edilib. 2023-cü ildə Bərdə şəhəri 8 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.