İdman

Qalatasaray növbəti nəhəng transferə hazırlaşır - FOTO

9 Oktyabr 2025 20:36
Baxış: 549
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qalatasarayın hədəfində bu dəfə də İtaliyanın Milan komandasında çıxış edən serb müdafiəçi Strahinja Pavloviç var.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay transfer dövründə də adı Qalatasarayla hallanan 24 yaşlı serb stoper, yenidən transfer siyahısına əlavə edilib. Texniki heyət müdafiədə rotasiyanı gücləndirmək üçün Pavloviçin adını prioritet hədəflər arasına daxil edib.

Məlumata görə, Qalatasaray daha əvvəl Pavloviç üçün 21 milyon avro təklif etmiş, lakin futbolçunun Türkiyəyə gəlmək istəməməsi səbəbilə transfer baş tutmamışdı.

Bu dəfə klub rəhbərliyinin daha qətiyyətli şəkildə danışıqlara başlayacağı və oyunçunu razı salmaq üçün yeni təklif paketi hazırladığı bildirilir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.