Mariupol merinin köməkçisi: "Azovstal"da azı 100 mülki şəxs qalır"

10 May 2022 12:30

Ukraynanın Mariupol şəhərinin "Azovstal" zavodu ərazisində hələ də mülki şəxslər var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhər merinin köməkçisi Petro Andruşçenko deyib.

"Hərbçilərdən əlavə "Azovstal" sığınacaqlarında ən azı 100 mülki şəxs qalır. Lakin bu, işğalçıların hücumlarının sıxlığını azaltmır", - şəhər merinin köməkçisi qeyd edib.

Milli.Az