Dünya

Ukraynalılar Putinin planını məhv etdi

10 May 2022 12:42
1 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminliyini ifadə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə münasibətilə müraciətində deyib.

Conson Rusiya ilə müharibədə cəsarətlə müqavimət göstərən və öz torpaqlarında sülh və azadlıqdan başqa heç nə istəməyən ukraynalılara dəstəyini ifadə edib:

"Mən heç vaxt Ukraynanın qalib gələcəyinə bu qədər əmin olmamışdım. Ukrayna azad olacaq və suveren Ukrayna yenidən ayağa qalxacaq".

Conson qeyd edib ki, ukraynalılar Kiyevə hücumu dəf ediblər və Rusiya Prezidenti Vladimir Putinin planını məhv ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.