Dünya

Britaniyada nadir xəstəlik aşkarlanıb

8 May 2022 13:45
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan "meymun çiçəyi"nə yoluxmasını qeydə alıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbər yayıb.

Yoluxmuş şəxs bu yaxınlarda Nigeriyada olub. Səlahiyyətlilər onun virusa orada yoluxduğunu ehtimal edir.

Qey edək ki, "meymun çiçəyi" virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır.

Bununla birlikdə, elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.