Dünya

Zaxarovadan İsrailə ağır ittiham

4 May 2022 11:44
0 Şərh     Baxış: 1 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildən olan muzdlular Ukraynada "Azov" alayının döyüşçüləri ilə birlikdə vuruşur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində "Azov" döyüşçüləri ilə çiyin-çiyinədir", - Zaxarova "Sputnik" radiosunun efirində qeyd edib.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsraildə bundan xəbərsiz ola bilməzlər.

"Mən videonu, fakturanı, materialları gördüm", - Zaxarova vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.