Dünya

Küçələrdə sürücüsüz dezinfeksiya maşınları göründü

4 May 2022 15:18
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya koronavirus pandemiyası ilə mübarizəni davam etdirir və bu mübarizənin önündə virusun ilk aşkar edildiyi Çin dayanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şərq ölkəsi COVID-lə mübarizədə də ilkə imza atıb. Belə ki, Quançjouda şəhər küçələrini dezinfeksiya edən sürücüsüz avtomobillər görünüb.

Məlum olub ki, "WeRide" texnoloji startapı və Çin avtomobil konserni "Yutong Group" xüsusi olaraq ictimai yolların təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə tutulmuş avtonom elektrik robot-maşınlar yaratmaq üçün qüvvələrini birləşdirib.

Nəticədə "Robosweeper" adlı sürücüsüz avtotexnika yaranıb.

İstehsalçıların dediklərinə görə, o, dördüncü səviyyəli avtopilotla təchiz edilib və tamamilə insan müdaxiləsi olmadan işləyə bilər. Robot-maşın bulud əsaslı platforma vasitəsilə idarə olunur.

May ayının sonlarınadək "Robosweeper"lərin sınaq istismarı həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.