Dünya

Ərdoğanla Hersoq arasında telefon danışığı olub

2 May 2022 20:23
0 Şərh     Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə İsrailin Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Hersoq Ərdoğan və Türkiyə xalqını Ramazan bayramı münasibətilə qeyd edib.

Hersoq qeyd edib ki, hər iki xalqın mənafeyi naminə əməkdaşlığı davam etdirmək lazımdır.

Eyni zamanda Ərdoğanın İsrailin müstəqillik günü münasibətilə Hersoqa təbrik məktubu göndərdiyi də qeyd edilir. Ərdoğan məktubunda bildirib ki, mart ayında İsrail Prezidentinin Türkiyəyə səfərinin ölkələr arasında əməkdaşlıq qarşılıqlı milli maraqlara, regional sülh və sabitliyə, münasibətlərin inkişaf edəcəyinə inanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.