Dünya

Konqres Baydenin Kiyevə köməklə bağlı sorğusunun üzərində işləyir

1 May 2022 20:55
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ qanunvericiləri ABŞ prezidenti Cozef Baydenin Ukraynaya yardım üçün əlavə vəsait ayrılması üçün göndərdiyi sorğu üzərində işləyirlər.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Kiyevə səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.

Demokratlar Partiyasını təmsil edən və ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi, günün əvvəlində bir qrup ABŞ qanunvericisi ilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, Amerikanın əlavə dəstəyi artıq yoldadır. Konqresmenlər ABŞ Prezidenti Cozef Baydenin əhəmiyyətli maliyyə tələbinin qanunvericilik təşəbbüsləri paketinə çevrilməsini təmin etmək üçün çalışırlar. Kiyevə səfərim ABŞ-ın Ukraynanı güclü şəkildə dəstəklədiyini nümayiş etdirmək idi", - Pelosinin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ lideri Konqresdən təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə Ukraynaya dəstək üçün əlavə 33 milyard ABŞ dolları tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.